Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırıldı

Hazırda oxunan: Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırıldı

190999

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

Müraciət edənlər sırasında  beş nəfərin azyaşlı olduğu bildirilir. 

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam edilib. 

Bizim.Media-nın yerli bürosu ilə söhbətində hadisəni qiymətləndirən yerli sakinlər bildirirlər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsi ilə türkəçarələrlə müalicə alır. 

Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.

Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir. 

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilir, müayinə və müalicələrə cəlb olunur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin