Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə ÇATDI - YENİLƏNİB

Hazırda oxunan: Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə ÇATDI - YENİLƏNİB

190961

Zaqatalada zəhərlənənlərin sayı 15 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, onların hamısının yedikləri toyuq dönərindən zəhərləndikləri bildirilir.

*** 20:53

Bu gün axşama doğru Zaqatala Rayon Mərkəzi Xəstəxanasına toyuq dönərindən zəhərlənmə diqanozu ilə xeyli insan müraciət edib.

Bizim.Media-nın yerli bürosu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, ilkin olaraq iki azyaşlı toyuq dönəri yeyəndən sonra xəstəxanaya müraciət edib. 

Daha sonra rayonun müxtəlif ərazilərindən müraciətlərin sayı artmağa başlayıb.

İlkin araşdırmalarla və müraciət edənlərin coğrafiyası araşdırılarkən bəli olub ki, gələnlərin hamısı günortadan  sonra müxtəlif dönərxanalardan toyuq dönəri alaraq yeyiblər. Və nəticədə bir müddət sonra onlarda halsızlıq, qaytarma və qızdırma kimi hallar müşahidə edilib.

Rayon Mərkəzi Xəstəxanasından son anda əldə etdiyimiz məlumata əsasən günün ikinci yarsından indiyə kimi dönərdən zəhərlənmə diqnozu ilə on iki nəfər müraciət edib.

Müxtəlif yaş qrupunda olan pasientlər hazırda xəstəxanada müayinələrə cəlb edilib, müalicə təyin olunur. 

O da qeyd edilib ki, müvafiq qurumların əməkdaşları da xəstəxanaya gəlib, məsələnin araşdırılmasına başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin