Şəhərdə taksilər niyə YOXA ÇIXIB? – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: Şəhərdə taksilər niyə YOXA ÇIXIB? – Mühüm AÇIQLAMA 

190934

Son günlər paytaxtda taksi tapmaq müşkülə çevrilib. Sanki şəhərdə taksilər yoxa çıxıb. Halbuki ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var. Bununla bağlı sosial şəbəkələrdə şikayətlər artmağa başlayıb. Qeyd olunub ki, bəzən sifariş edilən taksiləri yarım saatdan çox gözləməli olursan. Ucuz qiymətə xidmət göstərən taksiləri isə tapmaq mümkün olmur. Ünvana çatmaqda çətinlik çəkən sərnişinlər bu durumdan çaş-baş qalıblar. 

Maraqlıdır, taksilər hara yoxa çıxıb? 

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi qərarlar qəbul olunub və “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bütün bu baş verənlər gözlənilən idi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ  


“Çünki bu sahədə təmizlənmə işi aparıldı və bu, olduqca vacib idi. Ona görə ki, illərdir insanlar narazılıq edirdilər, narahatlıq keçirirdilər, taksi sürücüləri arasında xaos yaranırdı, qadınlara qarşı əxlaqsız təkliflər, hərəkətlər edənlər olurdu, içlərindən narkomanlar, psixopatlar çıxdı”. 

Ekspert bildirib ki, yəni bu kimi neqativ hallar çox baş verirdi deyə, dövlət qanunlar qəbul etdi ki, bu sahədə nizam-intizam yaransın:

“Bu nizam-intizam yarandıqca, belə seyrəlmələrin baş verməsi təbiidir. Düzdür, müəyyən çətinliklər yaranıb, insanlar vaxtında taksi tapa bilmirlər. Amma zamanla bu problemlərin aradan qalxacağına inanıram. 
Qeyd edim ki, taksi şirkətlərinin qiymətləri qaldırması sürücülər üçün sərfəlidir.  Özümüz qanun-qayda istəyirdik, sonra da şikayətlənirik ki, taksi tapılmır. Qayda-qanunla işləyəndə də belə olur. Yəni təbii prosesdir, lakin zamanla bu problemlərin aradan qalxacağını düşünürəm”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin