Erməni mətbuatı iddia edir ki, guya Azərbaycanın xüsusi təyinatlıları Qazaxla sərhəddə yerləşən Kirants kəndinin ərazisinə daxil olublar.
Bizim.Media xəbər verir ki, ermənilərə məxsus Telegram kanalları hətta bununla bağlı görüntülər də yayıb.
Mövzu ilə bağlı Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb. Qurum bildirib ki, videodakı şəxs Ermənistan xüsusi təyinatlı dəstəsinin üzvüdür.
Qeyd edək ki, erməni KİV-lərinin yaydıqları bu görüntülər sərhədlərin delimitasiya və demarkasiya prosesinə əngəl yaratmaq məqsədini daşıyır.
Bizim.Media