“Atlas Kimya” MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi ümumi çəkisi 800 kiloqram “Povidek Plus” əmtəə nişanlı baytarlıq preparatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə baytarlıq preparatlarının normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:18 / 07.05.2024
Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb - FOTO
Hazırda oxunan: Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb - FOTO
Hazırda oxunan: Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb - FOTO
190789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.