Ötən gün Xaçmaz rayonunda 17 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlaması ilə bağlı xəbər vermişdik.
Bizim.Media-nın yerli bürosu hadisənin detallarını öyrənmək üçün Xaçmazın Qusarçay kəndində 17 yaşında toyu olduğu deyilən qızın ata evinə gedib.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı - DETALLAR/VİDEO
Media nümayəndələrini qızın nənəsi Cumayə Məlikova qarşılayıb. Nənə deyib ki,yazılanlar doğru deyil:
“Nəvəmin 17 yaşı iyul ayında tamam olaacaq, nişan olub, toy olmayıb”.
Nənəsi onu da bildirib ki, hadisə polis əməkdaşları tərəfindən araşdırılıb və hazırda qızın vaildeynləri polis şöbəsindədirlər.
Xaçmaz rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasında isə məsələ araşdırıldığı bildirilib:
“Həmin qızın 15 yaşı olması barədə deyilənlər həqiqətə uyğun deyil, qızın 17 yaşının tamamına 3 aydan az vaxt qalıb. Nişan olub, valideynləri toyun qızın 18 yaşı tamam olandan sonra olacağını bildiriblər”.
Xaçmaz rayon polis şöbəsindən də faktla bağlı araşdırmaların davam etdirildiyi qeyd edilib.
Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media, Şimal bürosu