İsa Həbibbəylidən Türk dövlətlərinin ortaq əlifbasının yaradılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İsa Həbibbəylidən Türk dövlətlərinin ortaq əlifbasının yaradılması ilə bağlı AÇIQLAMA

190648

Türk dövlətlərinin ortaq əlifbasının yaradılması mühüm hadisə olacaq. Bu, indiki mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin ortaqlığının, birliyinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir, dövrün və zamanın çağırışıdır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.

Türk dünyasında əlifba islahatlarının Azərbaycan xalqının mütəfəkkiri M.F.Axundov tərəfindən başladıldığını xatırladan akademik 1879-cu ildə latın qrafikası əsasında əlifba hazırlandığını diqqətə çatdırıb və 1924-cü ildə yaradılan Əlifba Komissiyasının bu istiqamətdə müəyyən işlər gördüyünü qeyd edib.
“1926-cı ilin fevral-mart aylarında keçirilən Birinci Türkoloji Qurultaydan artıq 100 ilə yaxın vaxt keçir. SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm əhəmiyyət daşıyan bu qurultayda iki məsələ müzakirə mövzusu idi. Bunlardan biri ərəb əlifbasının sadələşdirilib qəbul edilməsi, digəri isə latın əlifbasına keçid məsələsi idi. İştirakçıların 70 faizi latın əlifbasına keçidi dəstəkləmişdilər”, - deyən İsa Həbibəylinin sözlərinə görə, müzakirə zamanı latın əlifbasının qrafit işarələri ilə bağlı fikir ayrılığı yaranıb.

AMEA-nın prezidenti türk dövlətlərinin ortaq əlifbasının yaradılması işində komissiyanın işinə uğurlar arzulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin