Azərbaycanın say-seçmə oğulları hər zaman prinsipial məsələlərdə mövqe bildirməyi bacarmışlar. Xüsusilə kifayət qədər güclü havadarları olan təcavüzkar ermənilərə qarşı mərdliklə mübarizə aparmış igidlərimiz çoxdur. Onların hamısı xalqımız tərəfindən qiymətləndirilərək, xatirələrdə öz layiqli yerlərini tutmuşdur. Bir çoxu dövlətimiz tərəfindən ölümündən sonra və ya sağ ikən orden və medallarla, fəxri adlarla təltif olunub. Onlardan biri də Elxan Hüseynovdur. Son günlər qələm dostumuz, jurnalist Elnur Eltürkün köməyi ilə Elxan Hüseynov barədə elektron mətbuatda bir sıra məlumatlar, yazılar getdi. Hətta həyat yoldaşının hazırda onun fəaliyyətini davam etdirdiyini də öyrəndik.xa0
Elxan Hüseynov ”“ bu adı bir vaxtlar diaspor xəbərləri ilə maraqlananlar yaxşı xatırlayırlar. Cəbhə yoldaşları da onu gözəl tanıyırlar. Hazırda haqq dünyasında olan bu vətənsevər insanımız həm müharibədə, həm də diaspor fəaliyyətində öz imzasını ata bilmiş, Azərbaycan adını ləyaqətlə təmsil etmişdir. Bugünlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının vikipediya qrupu tərəfindən onun haqqında məqalə hazırlanmış və oxucuların istifadəsinə verilmişdir.xa0
Elxan Hüseynov Azərbaycan-Danimarka Dostluq Cəmiyyətinin sədri, I Qarabağ müharibəsi iştirakçısı, istefada olan polkovnik idi. xa0Onun əsas xidmətlərindən biri də o idi ki, düşmənə qarşı barışmaz və qətiyyətli idi. Deyirdi ki, Qarabağ torpaqları azad olunmayanadək ermənilərə qarşı mümkün qədər bütün sahələrdə sərtlik, barışmazlıq olmalıdır. Danimarkada yaşayarkən diaspor təşkilatını təsis etməsi də qürbət ölkədə ermənilərin uydurma təbliğatlarına qarşı mübarizə aparmaq istəyindən irəli gəlirdi. Nə etmək olar, ölüm haqdan gələn əmrdir. Bir gün yaranan, bir gün də həyatdan getməlidir. Ölüm sanki hər zaman istedadlı, vətənsevər adamları xa0seçir. Qarabağ müharibəsinin ilk günündən, sonuncü gününə kimi döyüşən bir cəsur komandirin, vətənpərvər diaspor rəhbərinin bəşəriyyətin böyük bəlası sayılan xərçəng xəstəliyindən dünyasını dəyişməsi, onu tanıyan insanları dərin kədərə qərq etməyə bilməzdi.xa0
Onun haqqında məlumatları öyrənərkən AMEA Mərkəzi Elmi Kitbaxanasının məsul əməkdaşı Elnur Eltürk bildirdi ki, xa0polkovnik, Milli Ordu Korpusun əməliyyat və döyüş şöbəsinin rəisi, "Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Elxan Hüseynov haqqında vikipediyanın Azərbaycanca bölməsində məqalə yaradılması onun xa0milləti qarşısında xidmətləri qarşısında balaca da olsa töhfəmiz oldu. Çünki bu gün internet resurslarında qəhrəmanlarımızın, vətənsevər şəxslərimizin tanınmasına, təbliğatına çox ehtiyac var. Gənc nəsil əsasən internet resurslarından istifadə etdiyindən bu işi daim diqqətdə saxlamaq lazımdır.xa0
Tərtərin müdafiəsində böyük fəallıq göstərən xa0Elxan Hüseynov həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olub. O zaman Azərbaycanın başının üstünü almış qara buludlar bütün vətənsevər oğullar kimi Elxan Hüseynovu da düşmənə qarşı mübarizəyə qatılmağa sövq etmişdi və o, öhdəsinə düşən vəzifəni layiqincə xa0yerinə yetirmişdi. Sonradan Elxan Hüseynov Qərbi Avropaya ”“ Danimarkaya köçür. O, Danimarkaya köçdükdən sonra da milli vətənpərvərlik missiyasını davam etdirmiş, diaspor quruculuğu işinə qatılaraq öz fəallığı ilə fərqlənmişdir.xa0
Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova onun haqqında danışarkən qeyd etdi ki, Elxan Hüseynov bütün şüurlu həyatını Azərbaycana həsr etmiş və diaspor işində önəmli xidmətləri olan təşkilat rəhbərlərimizdən idi. xa0Elxan Hüseynovun Azərbaycanın Danimarkada tanıdılması yolunda təqdirəlayiq xidmətləri olub. Onun ölümü Azərbaycan diasporuna ağır zərbə idi. Elxan Hüseynov əsl Azərbaycan oğlu idi. O, həm də istefada olan polkovnik idi. xa0və Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması uğrunda fəal iştirak etmişdi. Tərtərin müdafiə olunmasında Elxan Hüseynovun böyük xidmətləri olub. Həmin rayonda ermənilərə ağır zərbə vuran əsas komandirlərdən biri də məhz o olub.xa0
Danimarka parlamentinin sabiq üzvü Hüseyin Arac mərhum diaspor rəhbərimiz haqqında üzüntüsünü belə bölüşdü: "Elxan Hüseynov əlindən gəldiyi qədər Azərbaycan həqiqətlərini təbliğ edən, ölkəmizə dost qazandırmağı bacaran insan idi. Azərbaycanda bir milyon məcburi köçkünün vəziyyəti haqqında geniş bilgilər verirdi. Xüsusilə, onunla Danimarka xa0”“ Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün birgə uğurlu işimiz olub. O, ciddi, səmimi və mübarizədə haqlı olduğuna inanan insan idi.xa0
"Diaspor və lobbi" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev mərhum qəhrəmanımız haqqında bunları dedi: “Onu Azərbaycan diasporunun üzdə olan simalarından biri kimi tanıyırdım. Diaspor haqqında kitablarımda onun sədri olduğu Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti barədə ətraflı məlumat vermişəm. Hesab edirəm ki, bu gün Danimarkada az sayda soydaşlarımızın yaşamasına baxmayaraq, onların fəaliyyəti diqqətəlayiqdir və bu işdə şübhəsiz mərhum Elxan Hüseynovun rolu olmuşdur. Məhz onun müəllifi olduğu xəritə üzərində "Ermənilərin Xocalı genosidi planı" adlı layihəsi təkcə Skandinaviya ölkələrində deyil, Avropanın bir neçə bölgəsində tanıdılmışdır. Eyni zamanda, Danimarkada Azərbaycanı təbliğ edən stendin sərgilənməsi və burada dövlət rəmzləri, dövlət başçısı haqqında məlumat, Ermənistan hərbi birləşmələrinin işğal etdiyi ərazilərimizin xəritəsi və bununla bağlı ərtaflı izahat, eləcə də ölkəmiz haqqında digər bilgilərin olması məhz onun adı ilə bağlıdır”x9d.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, dəfələrlə Belçikada Azərbaycan həqiqətlərinin təbliği üçün aksiyalar təşkil etmiş tanınmış diaspor lideri Ayhan Dəmirçi də Elxan Hüseynovun şəxsi keyfiyyətləri haqqında danışaraq, onun əsl şəxsiyyət olmasını vurğuladı: “Mən hələ də onun vaxtsız ölümü barədə düşünəndə çox təsirlənirəm. Çünki o yerində sayan adam deyildi. Hər zaman Vətən üçün nəsə etməyə can atırdı.xa0
Almaniyadan Azərbaycanın Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə Elxan Hüseynov haqqında hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək, onun Azərbaycan diasporunun güclənməsi üçün böyük işlər gördüyünü qeyd etdi.
Bu gün Almaniyada, Fransada, İngiltərədə, İtaliyada, Rusiyada, hətta uzaq Avstraliya və ABŞ-da Azərbaycan diasporunun inkişafı məhz Elxan Hüseynov kimi fəal, mübariz, mətin, sağlam fikirli, milli düşüncəli şəxslərimizdən sözün həqiqi mənasında asılıdır. Erməni lobbisinin Azərbaycan və qardaş Türkiyə dövlətinə qarşı iyrənc mövqe tutması, daim işğalçı Ermənistanı təmizə çıxartma cəhdlərinin, ölkəmizə, xalqımıza qarşı qarapiar kampaniyalarının qarşısına onlardan çəkinməyən, mərd simaların irəlidə olması, bizi təmsil etməsi əhəmiyyətlidir. Məhz mərhum Elxan Hüseynov kimi vətənsevərlik duyğularını hər şeydən üstün tutan soydaşlarımızın bu işləri aparmasına ciddi ehtiyac var.xa0
Anar TURAN
































































































