Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı artmaqda davam edir. Artıq peyvənd işi dünyanın əksər ölkələrində icra edilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Son sutkada 14 424 nəfər peyvənd olundu
Qeyd olunub ki, hazırda peyvənd olunanların sayı 1 milyard nəfəri keçib.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 2 milyard 11 milyon dozadan çox COVID-19 əleyhinə vaksin tətbiq edilib.
Bu Yer kürəsindəki insanların 15 faizinə qədərini təşkil etsə də çox ümidverici rəqəm olduğu qeyd edilib. İlin sonuna qədər peyvənd olunanların sayının 3 milyarda yaxınlaşacağı bildirilir.
Bizim.Media