"Sehirli xalat"ın ulduzları 60 il sonra EFİRDƏ - VİDEO

Hazırda oxunan: "Sehirli xalat"ın ulduzları 60 il sonra EFİRDƏ - VİDEO

190448

1964-cü ildə nümayiş olunan "Sehrli xalat" filminin məşhur aktyorları Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova illər sonra efirə çıxıblar.

Bizim.Media xəbər verir ki, aktyorlar "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar.

Ekran əsərində "Zərifə" obrazını canlandıran S.Hətəmova bildirib ki, filmə çəkilərkən onun 13 yaşı olub:

"13 yaşım var idi. 6-cı sinfi bitirirdim. Uşaqları çəkiliş üçün dəvət edirdilər. Bizim sinifdən 2 qız seçilmişdi. 

Məni "Zərifə" yox, "Səidə" obrazı üçün seçimlərə dəvət etmişdilər. Seçimə yüzlərlə uşaq gəlmişdi. Filmin ikinci rejissoru Əşrəf Mamayev demişdi ki, “"Zərifə" rolu üçün 600-ə yaxın qız dəvət edilib”. Axıra 100 qız qalmışdı. Əlisəttar Atakişiyev (filmin rejissoru - red.) məndən soruşdu ki, “sən hansı rola çəkilmək istəyirsən?” Cavab verdim ki, "Zərifə". Dedi “rol xoşuna gəlir?” Cavab verdim ki, "hə". Söylədi ki, “xoşuna gəlir, çəkək”. Uşaqlarımla sərt danışanda həmişə deyirlər ki, "Zərifə, gülümsə"”. 

"Eldar" rolunun öhtəsindən məharətlə gələn Y.Şeyxov vurğulayıb ki, filmdəki hadisələrin nə zamansa reallaşacağını təsəvvür belə etməyib:

"İndiki uşaqlara deyəndə ki, o vaxt evdə 1 telefon var idi, ağıllarına sığmır ki, bu, necə mümkün ola bilər. Ə.Atakişiyevin öncədəngörmə hissi çox inkişaf etmişdi: Videomaqnitafon, videokamera, kosmik səyahətlər. Filmdən 5 il sonra amerikalı astronavtlar Ayın səthinə ayaq basdı. O, bunu da görmüşdü. Biz o rolları canlandıranda bilmirdik ki, nə vaxtsa bunlar olacaq. Fantastika janrında film idi".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin