Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Hazırda oxunan: Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

190353

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddia edib.

Artıq çıxış yolunun qalmadığını bildirən qadın məktəbdə kollektiv şəkildə mənəvi zorakılığa məruz qaldığını deyib: “3 aydır bütün qurumlara müraciət etdim. Buradan səsləndim ki, iş yerimdə mənə böhtan atırlar, hücumlar edirlər, təkləyiblər. Heç kim bu şiddətin qarşısını almadı”.
Uşaq Birliyinin rəhbəri məktəbin direktor müavini Fəridə Haqverdiyeva barəsində də ittihamlar səsləndirib, onun qərəzli münasibəti ilə üzləşdiyini bildirib.

Daha sonda N.İsmayılova ilə əlaqə saxladığımız zaman o bildirdi ki, polis əməkdaşları gələrək onu son anda intihar etmək fikrindən daşındırıblar.

İttihamlarla əlaqədar məktəbə sorğu ünvanladıq. Təhsil müəssisəsindən müraciətimizə belə cavab verildi: “Məktəbdə uşaq birliyi rəhbəri kimi çalışan (müvafiq səbəblərə görə adı qeyd olunmur) əməkdaş xeyli müddətdir ki, vəzifə səlahiyyətlərinə dair üzərinə düşən işləri yerinə yetirmir, təhsil müəssisəsinin normal fəaliyyətini pozur və məqsədyönlü konfliktlər yaradır.

Bununla bağlı məktəb rəhbərliyi tərəfindən həmin əməkdaşla dəfələrlə söhbətlər aparılıb, ona vəzifə funksiyaları və öhdəlikləri izah olunub, normal fəaliyyəti üçün müvafiq dəstək göstərilib.

O, 03.05.2024-cü il tarixində səhər saatlarında məktəbə gələrək heç kimlə ünsiyyət qurmadan otağına daxil olub və qapını bağlayıb. Daha sonra isə sosial şəbəkə səhifəsində paylaşım edib”.

Qeyd edilib ki, məsələdən xəbərdar olan məktəb rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib. Hazırda aidiyyəti üzrə araşdırma aparılır.

Fotoda Nərminə İsmayılova


Fotoda Fəridə Haqverdiyeva



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin