Şirvanda evini tərk edən COVİD-19 virusuna yoluxan şəxs müəyyən olunub.
Bizim.Media xəbər verir ki, Şirvan sakini 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu yaşadığı Energetik küçəsi 9 mənzil 18 mənzili tərk etdiyindən polis tərəfindən saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa yoluxduğu halda taksi fəaliyyəti ilə məşğul oldu - Hacıqabulda ƏMƏLİYYAT - FOTO
Xüsusi mühafizə geyimində olan polis əməkdaşları təcili yardım vasitəsi ilə onu yaşadığı mənzilə qaytarıblar.
Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.
Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.
Bizim.Media