Narkotikin təsiri altında avtomobil idarə edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

190259

Sükan arxasında əyləşən sürücülərlə bağlı tez-tez reydlər keçirilir. Paytaxtda və bölgələrdə Dövlət Yol Polis İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı spirtli içki və narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanaraq müəyyən tədbirlər görülür.
Son vaxtlar narkotik maddə qəbul edərək sükan arxasına keçənlərlə bağlı məlumatlara tez-tez rast gəlinir.

May ayının 1-də təkcə Balakəndə yol polisi spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26 nəfər sürücünü müəyyən edib, barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bu cür sürücülərə qarşı hansı tədbirlər görülür? Qanunvericiliyə görə, onların sürücülük vəsiqəsi əlindən alına bilərmi?

Bu sahədə qanunvericiliyin tələblərini Bizim.Media-ya sadalayan vəkil Pərviz Hacıyev deyib ki, avtomobili idarəetmə hüququ olan və olmayan şəxslərə görə cərimələr dəyişir:

“Şəxslərin narkotik maddələr və alkoqollu içkilərdən istifadə edərək nəqliyyat vasitələrini idarə etməsi İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Burada qanunvericilik iki halı fərqləndirir. Birinci, yəni nəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxs alkoqollu içkilərdən istifadə edərək nəıqliyyat vasitəsini idarə edərsə, onu 400 manatadək cərimə və yaxud nəqliyyat vasitəsini idarəetmə hüququnun 6 aydan bir ilədək məhdudlaşdırılması gözləyir.

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxslər tərəfindən alkoqollu vasitələrdən istifadə edərək nəqliyyat vasitəsini idarəetmə aşkarlanarsa, burada cərimənin məbləği 600 manatdan başlayır, sürücülük hüququnun məhdudlaşdırılması da 6 aydan bir ilədək nəzərdə tutulub. Qanunvericilik bu halların təkrarlanması halında 15 gündən bir aya qədər inzibati həbs nəzərdə tutur”.

Müsahibimiz bildirib ki, həm alkoqollu içki, həm də narkotik maddələr qəbul edənlər üçün cərimələr eynidir:

“Burada da avtomobili idarəetmə hüququ olan şəxslər və olmayan şəxslər tərəfindən narkotik vasitələrdən istifadə olunaraq avtomobilin idarə olunması nəzərə alınır. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi daha ciddi cəzaya səbəb olur. 

Burada eyni qaydada 600 və 800 manat cərimə və nəqliyyat vasitəsinin idarəetmə hüququnun 2 ilədək məhdudlaşdırılması nəzərdə tutulub. Həmçinin, iki ayadək həbs də ola bilər. 
Həbsin müddəti maddələr üzrə işin hallarından asılı olaraq 15 gündən iki aya qədərdir. Yəni təkrar törədilmə varsa, qanunvericilik tərəfindən daha ağır inzibati sanksiya nəzərdə tutulur. Belə inzibati xətalarda əsasən inzibati tənbeh tədbirləri, daha sonra cərimə, nəqliyyatı idarəetmə hüququnun məhdudlaşdırılması nəzərdə tutulur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin