“Ötən il 405 nəfər narkotikdən asılılığa görə müalicə müəssisəsinə yerləşdirilib” – Fəqan Şahverdiyev 

Hazırda oxunan: “Ötən il 405 nəfər narkotikdən asılılığa görə müalicə müəssisəsinə yerləşdirilib” – Fəqan Şahverdiyev 

190249

“2023-cü il 802 qaynar xəttinə narkotiklə bağlı 213 müraciət daxil olub, bunun da 199 fakt üzrə cinayət başlanılıb”. 

Bizim.Media xəbər verir ki bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib. 

O, vurğulayıb ki, qaynar xəttə 3 istiqamət üzrə müraciət daxil olub:

"Natkotikdən müalicə almaq istəyənlər, narkotikin qanunsuz dövrüyəsi və istifadəsidir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. Biz mütəmadi olaraq narkomanlığa qarşı maarifləndirmə tədbirlərini həm də paralel olaraq məktəblərdə aparırıq". 

Alçina Amilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin