"Ötən il 10060 cinayət faktı qeydə alınıb ki, həmin hadisələr üzrə 8777 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən şəxslərdən 7 ton 58 kq narkotik və müxtəlif növ psixiatrop maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilənlərin 100 nəfəri xarici ölkə vətəndaşları təşkil edib ki, həmin əcnəbi vətəndaşların üzərindən də narkotik maddə aşkarlanıb".
Bizim.Media xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev "Narkomanlığa qarşı mübarizədə Mediadan düzgün istifadə" mövzusunda keçirilən tədbirdə qeyd edib.
Onun sözlərinə görə 2023 və 2024-cü il daxil olmaqla barələrində məhv etmə qərarı verilmiş külli və xüsusi miqdarda narkotik maddə məhv edilib:
"Bu 3600 cinayət faktı üzrə 8 tona yaxın külli və xüsusi miqdarda narkotik maddənin məhv edilməsi deməkdir".
Fəqan Şahverdiyev ölkə üzrə narkomanların sayını da açıqlayıb. O deyib ki 2024-cü ilin yanvarına qədər olan statistikaya görə 36659 nəfər şəxs dispanser nəzarətindədir. Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Əlavə olaraq qeyd edim ki, 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
Alçina Amilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:48 / 03.05.2024
Azərbaycanda neçə narkoman var? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda neçə narkoman var? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda neçə narkoman var? – RƏSMİ AÇIQLAMA
190247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.