Arvadını öldürən şəxslə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Arvadını öldürən şəxslə bağlı QƏRAR VERİLDİ

190240

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.
Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin