Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər.
Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:
"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik".
B.Muradova qeyd edib ki, Azərbaycanda "Analar Günü"nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir:
"Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:06 / 03.05.2024
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Hazırda oxunan: Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Hazırda oxunan: Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
190236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.