Paytaxt sakinləri arasında “Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə?” sualı ilə sorğu keçirilib.
Bizim.Media xəbər verir ki, sorğu iştirakçılarının çoxu xaricdə dincəlmək üçün çəkilən xərci ölkədəki hotellərdə istirahət etməkdən üstün tutub.
“Bizdə hotel qiymətləri üçqat bahadır”, - deyə sakinlərdən biri bildirib.
Turizm şirkətlərinin əməkdaşları da xaricdəki hotellərin təxminən ölkəmizdəki ilə eyni olduğunu, hətta həzi hallarda daha ucuz olduğunu bildiriblər.
“Məsələn, Qəbələdə bir nəfər üçün birhəftəlik tur paketin qiyməti 700 manatdan başlayır. Gürcüstanda birhəftəlik tur paketin qiyməti isə daha ucuzdur - 500 manatdan başlayır”.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media