“Gənclik” stansiyasında gənc sərnişin stansiya yoluna düşüb”.
Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, dərhal yüksəkgərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb.
Sərnişin stansiya yolundan çıxarılıb və ilkin tibbi yardımdan sonra öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib və yubanma olmayıb.
Bizim.Media