Bakının Suraxanı rayonunda ümumi sahəsi 16 m² olan birmərtəbəli evin döşəməsi və tavanı 10 m² sahədə, içərisində 1 ədəd çarpayı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
MÖVZU İLƏ BAĞLI:
Yasamal rayonundakı yanğın söndürülüb - FHN
Abşeron rayonunun Mehdiabad qəsəbəsində də fərdi yaşayış evində yanğın olub. Ümumi sahəsi 18 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi Quba rayonunun Vəlvələ kəndində baş verib. Ümumi sahəsi 800 m² olan fəaliyyət göstərməyən soyuducu anbarın sendvic paneldən ibarət üzlüyü və içərisində kabellər 240 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media