Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb

Hazırda oxunan: Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb

189961

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin birinci rübü ərzində (yanvar, fevral və mart aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Audiovizual Şura aparatından Bizim.Media-ya bildirilib ki, statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların 23,5 faizini informasiya və analitik proqramlar təşkil edib. 

Sıralamada daha sonra idman proqramları (15,2 faiz ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 faiz ilə) və reklam məzmunlu materiallar (12 faiz) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 faiz olub.
Yerüstü televiziya kanalları üzrə ümumi və hər bir kanal üzrə ayrılıqda statistika ilə əlavə olunmuş slaydlarda tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin