Azərbaycanda 7 saatlıq iş qrafikinə keçilə bilərmi? – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda 7 saatlıq iş qrafikinə keçilə bilərmi? – AÇIQLAMA

189909

Artıq neçə müddətdir ki, bəzi dövlətlərdə 4 günlük iş həftəsinə keçid imkanları müzakirə olunur. Bu günlərdə bu məsələyə yeni bir təklif də əlavə edilib. Bu da 8 saatlıq iş günündən 7 saatlıq iş gününə keçid.

Artıq Monteneqro 7 saatlıq iş gününə keçidi elan edib. Bunu Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç deyib. Nazir ilin sonunadək ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.

Monteneqroda iş saatlarının azaldılmasının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala Nişiç belə cavab verib:

“Baş nazir Milojko Spajiçin seçki kampaniyası zamanı elan etdiyi vəd bu il baş verəcək”.

Bəs, ölkəmizdə belə bir addımın atılması gözləniləndirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, fərqli ölkələrdə həm iş günlərinin sayı, həm də iş saatı ilə bağlı yanaşmalar müxtəlifdir:

“Hazırda bəzi ölkələrdə 4 günlük iş həftəsinin praktikası da öyrənilir. O ki, qaldı 7 saatlıq iş gününə. Onu deyə bilərəm ki, Azərbaycanın mövcud qanunvericiliyinə görə 8 saatlıq iş rejimi tətbiq olunur. Hazırda 8 saatlıq iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunmur və bu məsələnin müzakirəsi hər hansı bir instansiyada aparılmır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin