Son günlər müxtəlif xarici ekspertlər yayın normadan artıq isti olacağı ilə bağlı fikirlər səsləndirirlər. İddialara görə, normanı aşacaq anomal istilər bütün dünyanı öz ağuşuna alacaq.
Bəs bu, fikirlər nə dərəcədə realdır? Azərbaycanda bu il yay normadan artıq isti ola bilərmi?
Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Ekoloq Telman Zeynalov məsələni belə izah edib:
“2 il öncə Sakit okeanından El-Ninyo cərəyanı hərəkətə keçib. El-Ninyo Sakit okeanın suyunu qızdıran isti cərəyandır. Bu cərəyan Sakit okeandan sonra Atlantikə keçir. Atlantik okeanın küləyi isə Cənubdan əsir.
Azərbaycanın bəzi yerlərində normadan artıq istilər ola bilər. Bu məsələ küləyin əsdiyi istiqamətdən asılıdır. Şimal küləkləri olanda havalar soyuyur, Cənub küləklərində isə isinir. El-Ninyo cərəyanı hərəkətə keçdisə, 7-8 il havalar isti keçir. Çünki okeanın suyunu qızdırır”.
Ekoloq Ənvər Əliyev isə fərqli düşünür:
“Azərbaycana 8 istiqamətdən hava kütlələri daxil olur. Bu hava axınlarının hər birinin rütubət, quraqlıq, toz və soyuq gətirəni var. Biz olduqca mürəkkəb coğrafi ərazidə yaşayırıq. Xüsusilə, Abşeron yarımadasını qeyd edə bilərik. 2-3 ay sonranın havasını deyən adamların nə özlərinə, nə də elmlərinə hörmətləri var. Vaxtilə deyirdilər ki, quraqlıq, qiyamət olacaq. Ancaq yağıntıların, qar ehtiyatının sayı-hesabı yoxdur.
Azərbaycanda ən yağıntılı vaxt yazın axırı, yayın əvvəlidir. Ola bilər ki, yağıntılı hava əvəzinə quraqlıq olsun. Yaxud da yayın sonlarına yaxın həddindən artıq isti olsun. Dəqiq proqnoz vermək çətindir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 01.05.2024
Əhaliyə XƏBƏRDARLIQ - 7-8 il anomal İSTİLƏR olacaq
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ - 7-8 il anomal İSTİLƏR olacaq
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ - 7-8 il anomal İSTİLƏR olacaq
189771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.