“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından yola salınan ailələr doğma yurdlarına çatıblar.
Bizim.Media xəbər verir ki, Laçın rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti bitib.
Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7 nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər), Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə Zabux kəndinə köçənlərdir.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.
Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 30.04.2024
Növbəti köç karvanı Laçına çatdı
Hazırda oxunan: Növbəti köç karvanı Laçına çatdı
Hazırda oxunan: Növbəti köç karvanı Laçına çatdı
189745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.