Buraxılış imtahanında 4 nəfər 300 bal topladı - SİYAHI 

Hazırda oxunan: Buraxılış imtahanında 4 nəfər 300 bal topladı - SİYAHI 

189741

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. 

Bizim.Media xəbər verir ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 55587 nəfərdən 422 nəfər imtahana gəlməyib. 

Tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 

Yüksək bal toplayan şagirdlər aşağıdakılardır: 

1. Əmiraslanlı Tuncay Natiq oğlu (Sumqayıt şəhəri, 23 saylı orta məktəb) 

2. Xəlilli Aylin Elşən qızı (Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey ) 

3. Həsənli Aydın Çingiz oğlu (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəb) 

4. Alıyev Nəsib Şamil oğlu (Bakı şəhəri, 270 saylı orta məktəb) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin