Kütləvi məzarlıqlarda hansı dəhşətli faktlar ÜZƏ ÇIXIB?

Hazırda oxunan: Kütləvi məzarlıqlarda hansı dəhşətli faktlar ÜZƏ ÇIXIB?

189722

“Aşkar edilmiş kütləvi məzarlıqlara baxış zamanı beynəlxalq qanunvericiliyin tələbləri pozulub”.

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub:  

“Xüsusilə qeyd etmək istəyirəm ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinə əsasən, münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.
Həmin Konvensiyaya əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Qeyd edilən kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən, onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin