Rasim Musabəyov Başkəndlə bağlı açıqlamasına MÜNASİBƏT BİLDİRDİ

Hazırda oxunan: Rasim Musabəyov Başkəndlə bağlı açıqlamasına MÜNASİBƏT BİLDİRDİ

189698

“Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən nəzarətə götürülən Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Rasim Musabəyov öz Facebook hesabında yazıb.

Deputatın sözlərinə görə, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan eksklavı ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı ilə müqayisə olunsa da, İrəvanı İranla birləşdirən yol Kərkidən, Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral isə Yuxarı Əskəpardan keçir: “Başkəndin yalnız rayon yollarının kəsişməsində yerləşdiyi halda kəndlərimizin strateji əhəmiyyəti danılmazdır. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir”.

R.Musabəyov qeyd edib ki, bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmirdi:

“Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, cəlbedici başlıq daha vacibdir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin