“Azercell”in  şəbəkəsində problemlər yaşanır - SƏBƏB?

Hazırda oxunan: “Azercell”in  şəbəkəsində problemlər yaşanır - SƏBƏB?

18968

Bizim.Media bildirir ki, artıq iki gündür həm regionlarda, həm Bakıda mobil operatorun abunəçiləri zəng və internet xidmətlərindən istifadədə çətinlik yaşayırlar.

Məsələ ilə bağlı redaksiyamıza müraciət edən insanların qarşılaşdıqları problemləri araşdırmaq məqsədi ilə “Azercell” in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya ilə əlaqə saxlamağa çalışdıq.  

5 milyonluq abunəçisi ilə ölkənin aparıcı mobil operatoru olan və ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərdiyini bildirən Azercell  sualımızı cavabsız qoydu. 

Belə ki, N.Şıxlinskaya sualımızı yazılı müraciətlə etməyimizi məsləhət görərək, şifahi cavablandıra bilməyəcəyini qeyd etdi.

Mövzunu diqqətdə saxlayacayıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin