Bu həftə 6 gün işləyəcəyik?

Hazırda oxunan: Bu həftə 6 gün işləyəcəyik?

189672

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. 

Adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti bayram günləri ilə qeyri iş günlərinin yerlərini dəyişdirir. 

Bəs istirahət günlərinin ardıcıl olması üçün 10 may iş günü 4 may şənbə günüylə əvəz edilə bilərmi? 

Bizim.Media xəbər verir ki, “Bakıvaxtı.az” məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, hazırda belə bir məlumat yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin