Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

189549

Ailəsi tərəfindən imtina edilən daha iki yeniyetmə qız sığınacağa yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə ana və nənənələri tərəfindən tərk edilən bacılar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib:

“Onlar körpə olarkən ana-ata ayrılıb. Uşaqlar nənənin himayəsində qalıblar. Bir müddət uşaqları nənə böyütsə də sonradan o da imtina edib. Uşaqları bir bağçanın qarşısına qoyub gedib. Uşaqlar polis tərəfindən uşaq evinə yerləşdiriliblər. İllər keçib və körpələr böyüyüblər. Uşaq evində olarkən analarını istədiklərini və artıq anaları ilə qalmaq istədiklərini deyiblər. Anaları tapılıb və uşaqlar anaya təhvil verilib. Uşaqların ən acı günləri də bundan sonra başlayıb. Anaları hər gün onları döyərək ağır zülmlər edib. Sonunda isə olan olub...”

Mehriban Zeynalovanın sözlərinə görə, ötən gün axşam vətəndaşlar iki qız uşağının sahibsiz qaldığını görüb dərhal polisə məlumat veriblər:

“Hadisə təkrarlanıb. Əvvəl nənələri, indi isə anaları təkrarlayıb onların travmalarını... Böyük qızın gözləri hədsiz zəif görür və bacısının çox vaxt qolundan tutaraq gəzir. Qızların dediyinə görə anaları yenicə evlənib və onlardan əlavə daha 3 uşaq var”.

Sığınacaq rəhbəri gözü zəif görən qızın müayinədən keçirilməsini və hər iki uşağa geyimlə bağlı dəstək göstərilməsini xahiş edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin