1915-ci ildə ermənilərə yox, türklərə qarşı soyqırımı törədilib: Bunu sübut edən xəritə üzə çıxdı - FOTO

Hazırda oxunan: 1915-ci ildə ermənilərə yox, türklərə qarşı soyqırımı törədilib: Bunu sübut edən xəritə üzə çıxdı - FOTO

189544

Türklərin ermənilər tərəfindən kütləvi köçə və soyqırımına məruz qoyulmalarına dair xəritələr üzə çıxıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Adanadan olan tarixçi Yazar Cezmi Yurtsever məlumat verib:

“Sözügedən xəritə 1915-ci ildə və sonrasında türklərin Qafqaz və Anadoluya kütləvi köçü və məskunlaşması, işğal mühitində törədilən qırğınların sənədidir. Xülasə, bu xəritə 1915-ci ildə türklərə qarşı törədilən soyqırımı sənədidir”.

Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var. Əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir.

“Bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir. Son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır. Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”, - deyə Yurtsever əlavə edib.
Xatırladaq ki, ermənilər 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin