Prezidentin köməkçisi: “Ermənistan Xocavənd istiqamətində də fosfor maddəsi gətirir»

Hazırda oxunan: Prezidentin köməkçisi: “Ermənistan Xocavənd istiqamətində də fosfor maddəsi gətirir»

1895

“Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədində Ermənistanın təxribatları davam edir. Ermənistan bu ərazilərin azad edildiyini və dövlət sərhədi olduğunu dərk etməlidir”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev Azərbaycanın Ermənistan ərazisində hər hansı hədəfləri olmadığını bir daha bəyan edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, oktyabrın 8-də Füzuliyə fosforlu mərmi düşüb və ANAMA onu neytrallaşdırılıb:

“Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin, Topxana meşələrinin yandırılması üçün fosforlu mərmilərdən istifadə edilir. Ermənistan tərəfindən Xocavənd istiqamətində böyük fosfor maddəsi gətirilməsi barədə kəşfiyyat məlumatı var”.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan bu silahdan istifadə etməklə Azərbaycan Ordusuna və mülki əhaliyə zərbə vurmaq istəyir:

“Ermənistan ballistik silahlara malikdir və ağ fosfordan da bu silahlarda istifadə edə bilər”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin