Son illər ölkəmizdə dünyasını dəyişən kriminal dünyanın tanınmış şəxslərinin məzarı üzərində dəbdəbəli abidələrin, heykəllərin ucaldılması tendensiyası artmaqdadır. Maraqlıdır, sağlığında qanunlara meydan oxuyan şəxslərin dünyasını dəyişəndən sonra bu şəkildə əbədiləşdirilməsi, onlara heykəllər ucaldılması, əsərlər yazılması qanunla yasaqlana bilərmi? Onlara ucaldılan bu heykəllər gənc nəslin bəlli bir kəsiminin kriminal dünyaya meyllənməsinə təsir göstərməsi mümkündürmü?
xa0
“Məgər yaxınları Məhəmməd peyğəmbərə heykəl qoya bilməzdi?”x9d
xa0
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov məsələ ilə bağlı maraqlı fikirlər səslənirib:
“Bu cür heykəllər 90-cı illərin əvvəllərindən etibarən qoyulmağa başlayıb. Bu şəxslər haqqqında əsərlər yazıla bilər. Bununla bağlı rəsmi qadağanın qoyulması real deyil. Bu məntiqlə götürsək, gərək bu şəxslərin məhkəmə prosesinə vəkillər də çıxmasın. Halbuki, “Yaponçik”x9ddən tutmuş bir çox şəxslərin məhkəməsinə çox məşhur vəkillər qatıldı, onların bəzisi məhkəmə prosesi ilə bağlı əsərlər belə yazdı.
Bu şəxslərə qoyulan heykəllərə gəlincə, gənclər bilməlidir ki, bu yolu tutanların heç vaxt sonu olmayıb. Bütünxa0 bu heykəllər, büstlər onları aldatmamalıdır. Mən bu məsələ ilə bağlı saytınıza açıqlama verən millət vəkili Fazil Mustafanın fikirlərini bölüşürəm.
Bu heykəllər onlara “oğru dünyası”x9d tərəfindən qoyulur və hazırda bu proses sovet məkanında bir dəb halını alıb. Lakin təbii ki, mən bu şəxslərə bu cür heykəllər qoyulmasını doğru hesab etmirəm. Baxın, Məhəmməd peyğəmbərin bir dənə də olsun heykəli yoxdur. Məgər peyğəmbərin yaxınları ona heykəl qoya bilməzdi? Qoya bilərdilər. Lakin qoymadılar. Çünki İslam dini də bunu məqbul saymır. Məzarın sadə olmasını tələb edir”x9d.
xa0
Kutuzovun ürəyi vəxa0 bir cümləlik təqdimat...
xa0
Ə.Kərimovun sözlərinə görə, önəmli olan dəfn edilənin kimliyi, şəxsiyyətidir:
“Qəbrüstü abidənin böyüklüyü və ya kiçikliyi orda uyuyan insanın şəxsiyyətini böyüdə və ya balacalaşdıra bilməz. Dünya miqyaslı çox böyük şəxsiyyətlər var ki, onların çox sadə qəbirləri var. Onların üzərində heç bir heykəl, kompleks inşa edilməyib. Ancaq bu, onların böyüklüyünə kölgə salmır. Mən sizə bir tarixi fakt deyəcəm.
Mən sovet dönəmində Almaniya Demokratik Respublikasında xidmət etmişəm. Hansı ki, məşhur sərkərdə Kutuzovun ürəyi məhz həmin ərazidə dəfn edilib. Kutuzov 1813-cü ildə “Xalqlar döyüşü”x9dgedəndə dünyasaını dəyişir və vəsiyyət edir ki, ürəyim əsgərlərimlə qalsın, cəsədimi Rusiyaya aparın.
Onun ürəyini çıxardırlar və Maqdeburqdaxa0 Bunzlau kəndində dəfn edirlər. Mən 1976-78-ci illərdə xidmətdə olanda Kutuzovun ürəyinin dəfn edildiyi yeri gördüm. Orada balaca bir başdaşı qoyulmuşdu. Orada bir cümlə ilə məzarın feldmarşal Kutuzova aid olduğu göstərilirdi. Lakin bu balaca baş daşı Kutuzovun böyüklüyünə kölgə salmırdı.
Şeyx Şamilin müridi Hacı Murad adlı şəxs olub. Hansı ki, Şeyx Şamillə birlikdə ruslara qarşı illərlərmübarizə aparan, öz qəhrəmanlığı ilə seçilən şəxs olub.Onun haqqında Tolstoy belə yazıb. Onun məzarı Qax yolunun üstündədir. Hansı ki, avarlar və digər Şimali Qafqaz xalqları ona on metr hündürlüyündə heykəl qoya bilərlər. Bu, nəyi dəyişəcək ki? Önəmli olan heykəlin böyüklüyü yox, orada kimin dəfnxa0 edildiyidir.
Kriminal dünyanın şəxslərinə gəlincə, onların məzarı üzərində bu cür heykəllərin qoyulmasını məntiqli addım hesab etmirəm. Bu insanlar Üzeyir Hacıbəyovdur, Müslüm Maqomayevdir, Qara Qarayevdir ki, onların xatirəsi bu şəkildə əbədiləşsin?
Bir daha qeyd edirəm ki, önəmli olan məzarüstü heykəlin böyüklüyü deyil, orada uyuyan insanın kimliyidir”x9d.

































































































