Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Göyçə gölünün sahilində dincəlir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, cütlük kafedə özlərinə yemək sifariş edirlər.
Xatırladaq ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə etiraz edən şəxslər ölkənin demək olar ki, bütün ərazilərində, xüsusilə qonşu ölkələrə gedən istiqamətlərdə avtomobil yollarını bağlayıblar.
Yeri gəlmişkən, rəsmi İrəvan mayın 15-dək Qazaxın işğalda olan 4 kəndini geri qaytarmalıdır.
Bizim.Media