Qubada tanınmış bioloq alim Dilşad Bayramovanın anadan olmasının 75 illik yubileyi qeyd olunub.
Bizim.Media xəbər verir ki, yerli icra qurumunun dəstəyi ilə baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Quba təcrübə bazasının aparıcı elmi mütəxəssisi, bioloq alim Dilşad Bayramovanın çoxşaxəli elmi yaradıcılığından, uğurlarından danışılıb.
Çıxışlarda Azərbaycanın meyvə və bitki genofondunun yorulmsz tədqiqatçısı olan bioloq alimin hələ 2004-cü ildə qaldırdığı aktual bir məsələ diqqətə çatdırılıb.
Qeyd olunub ki, Dilşad Bayramova torpaqlarımızın 20 faizini işğal edən nankor ermənilərin Azərbaycanın meyvə sortlarını da özününküləşdirdiyini diqqətə çatdıraraq ermənilərin Gülöyşə nar sortuna Gülöyşə Yerevanı, Zəfərani ərik sortuna Zəfərani Yerevani adı verdiklərini gündəmə gətirib.
Tanınmış alimin həm də Qərbi Azərbaycan İcmasının Quba rayon şöbəsinin sədri kimi də ictimai iş apardığından da söz açılıb.
Yubilyara müxtəlif xatirə hədiyyələri və fəxri fərmanlar təqdim edilib. Dilşad Bayramovanın yubiley tədbiri xoş musiqi və oynaq rəqslərlə qonaqların könlünü oxşayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 28.04.2024
Qubada tanınmış alimin 75 illik yubileyi keçirildi - FOTO
Hazırda oxunan: Qubada tanınmış alimin 75 illik yubileyi keçirildi - FOTO
Hazırda oxunan: Qubada tanınmış alimin 75 illik yubileyi keçirildi - FOTO
189412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.