H.Hacıyev: “Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır”

Hazırda oxunan: H.Hacıyev: “Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır”

1894

“Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda mübarizəni davam etdirir”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilən Hərbi İnformasiya Mrkəzinin brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev düşmənin hər gün təxribatlara yol verdiyini xüsusi vurğulayıb:

“Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik siyasətin nəticəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının, Türk Şurası kimi qurumların sədri olması və bu istiqamətində fəaliyyəti ilə bağlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin