Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin növbəti dəfə yola salınması baş tutacaq.
Bizim.Media Füzuliyə əhalinin 29.04.2024-cü il tarixində köçürülməsinə dair məlumatı təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayacaq – FOTO
- Bakı şəhərindən - 27 ailə (110 nəfər),
- Sumqayıt şəhərindən - 5 ailə (14 nəfər),
- Füzuli rayonundan - 3 ailə (10 nəfər),
- Şamaxı rayonundan - 2 ailə (8 nəfər),
- Abşeron rayonundan - 1 ailə (7 nəfər),
- Yevlax şəhərindən - 1 ailə (4 nəfər).
Ümulikdə, 39 ailə (153 nəfər) doğrma yurduna geri qayıdacaq.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınacaq.
Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola düşəcək və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat vasitələrinin karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək, kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
Beləliklə, 29.04.2024-cü il tarixindəki köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 822 ailə (3132 nəfər) köçürülüb.
Bizim.Media