Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO 

Hazırda oxunan: Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO 

189214

16 yaşlı qız özündən 1 yaş böyük oğlana qoşulub qaçıb.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. Qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb.

Məsələ ilə bağlı Yeniyetmə qızın atası "Xəzər Xəbər"ə müraciət edib.

“Mən istəyirəm qızım təhsil alsın”, - deyən ata bildirib ki, övladı yanvar ayından etibarən tibb kursuna gedirdi.
Qarşı tərəf, yeniyetmə oğlanın atasına zəng  çatmadığından bacısı ilə əlaqə saxladıq. Zəhra Məmmədova deyilənləri təsdiqləyərək qızın öz istəyi ilə qaçdığını bildirdi.

Amma ata əksinə qızının təzyiq altında olduğunu düşünür.

Oğlanın bacısı Zəhra isə bildirir ki, qardaşı 9-cu sinifdən sonra məktəbə getməyib. Hazırda işləmir və heç bir pis vərdişi yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanuna müvafiq tədbirlər görüləcək.

Huquqşünaslar isə bildirir ki, qızın 16 yaşı tamam olduğundan qarşı tərəf yalnız 1 halda cinayət məsuliyyətinə cəlb edilə bilər.
Əgər həmin qız zorla qaçırıldığını bildirərək şikayət edərsə....

“Xezerxeber”in mövzu ilə bağlı videomaterialını təqdim edirik:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin