Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Hazırda oxunan: Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

189202

Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) görüş keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə RİNN-in, “Teleradio” İB-nin, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının və ölkədə avtomobil satışı ilə məşğul olan şirkətlərin məsul əməkdaşları iştirak ediblər.

Müzakirənin əsas məqsədi rəqəmsal radio proqramlarının qəbulu üçün ölkəyə idxal olunan avtomobillərdə “DAB+” rəqəmsal radioyayım texnologiyasının dəstəklənməsi ilə bağlı zəruri tədbirlərin görülməsi olub.
Belə ki, əldə olunan məlumatlardan ölkəyə idxal olunan yeni avtomobillərin böyük bir hissəsində rəqəmsal radio qəbulunun dəstəklənmədiyi müəyyən edilib. Görüşdə rəqəmsal radioyayımın yüksək keyfiyyəti, iqtisadi və ekoloji səmərəliliyi və əlavə xidmətlərin təşkili imkanlıqları və rəqəmsal radioyayım şəbəkəsinin qurulması ilə bağlı görülən işlər barədə görüş iştirakçıları məlumatlandırılıb.

Hazırda Bakı və Sumqayıt şəhərləri və ətraf ərazilərdə “DAB+” standartlı radio proqramların yayımlandığı və mərhələli olaraq bölgələrdə bu yayımın təşkili ilə bağlı “Teleradio” İB tərəfindən tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Adıçəkilən tədbirlər planına əsasən, ölkə ərazisində rəqəmsal radio yayımına keçidin başlandığı nəzərə alınaraq, ölkəyə idxal olunan avtomobillərdə bu texnologiyanın dəstəklənməsi üçün avtomobil dillerləri və idxalçıları tərəfindən zəruri tədbirlərin görülməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin