BP Azərbaycanda ilk dəfə bal meşəsi salıb

Hazırda oxunan: BP Azərbaycanda ilk dəfə bal meşəsi salıb

18915

BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarının 2017-ci ildə başladıqları “Şirin Qızıl” layihəsi uğurla başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə BP-nin açıqlamasında bildirilir.

Məlumata görə, layihənin məqsədi arıçılıq sahəsində ailə biznesləri yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılmasıdır.

Xatırladaq ki, “Şirin Qızıl” layihəsi boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvü üçün yeni gəlir imkanları yaradılmasını nəzərdə tutan bir-illik pilot təşəbbüsü kimi 2017-ci ildə başlanılıb. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanları idi.

Sonra layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadıldı.

Layihənin üç il üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi əlavə olaraq daha 400 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110 mindən çox nektar ağacı əkmək idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin