Xəbər verildiyi kimi Bakıda 4 aylıq körpə eyvandan düşərək ölüb.
Hadisə Bakının Sabunçu rayonunda “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Məlumata görə 9 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə hadisə bu gün səhər saat 8 radələrində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb və yerə düşərək ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media