Əlilliyi olan şəxslərin BANKOMAT PROBLEMİ - Şikayətlər var - FOTOFAKT

Hazırda oxunan: Əlilliyi olan şəxslərin BANKOMAT PROBLEMİ - Şikayətlər var - FOTOFAKT

18909

Bankomatlardan pul çıxaran əlilliyi olan şəxslər bunun üçün əziyyət çəkdiklərini bildirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Facebook səhifəsində Murad Məmmədov adlı istifadəçi qeyd edib. Onun sözlərinə görə, bu hadisə hər ay ən azı bir dəfə təkrarlanır.

"Təsəvvür edin mobil telefonunuza sms gəlir ki, hesabınıza pul köçürülüb. Gedirsiniz bankomatdan pul çıxarmağa, amma çıxara bilmirsiniz. Əlilliyimin olmasına baxmayaraq özümü kifayət qədər xoşbəxt hiss edirəm. Çünki bir çox ehtiyaclarımı heç kəsdən asılı olmadan müstəqil şəkildə qarşılaya bilirəm".

Müstəqil yaşamağa öyrəndiyini deyən şəxs bankomatdan pul çıxararkən kiminsə köməyinə ehtiyac duyduğunu deyir.

Çünki ölkədə bankomatlarını quraşdıran banklar əlillik dərəcəsi olan insanlar nəzərə almır. Belə ki, bu insanlar hündür quraşdırılan aparatlardan istifadə edərkən mütləq şəkildə  ayaqlarının altına kətil qoyub, pul çıxara bilirlər.

"Axı nə üçün mən ayda bir dəfə pul çıxarmaq üçün tanıdığım və ya tanımadığım şəxslərdən kömək istəməliyəm?! Tanımadığım şəxs olanda isə əlavə olaraq məlumatlarımın məxfiliyi risk altına düşür. Təsəvvür edin ki, bu bankın əlilliyi olan şəxslər üçün, məsələn, əlil arabasından istifadə edən və ya mənim kimi boyu balaca olan şəxslərin müstəqil şəkildə, heç kəsdən asılı olmayaraq istifadə edə bilməsi üçün nəzərdə tutulan bir ədəd belə müyəssər (əlçatımlı) bankomatı yoxdur".

Sonda o, qeyd edib ki, bu banklar tərəfindən göstərdikləri xidmətdə olan bir çatışmazlıqdır. M.Məmmədov bununla əlilliyi olan şəxslərin hüquqlarının pozulduğunu da vurğulayıb:

"Çünki həm BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq konvensiyasında, həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan əlilliyi olan şəxslərin hüquqlarına dair hüquqi sənədlər ilə tələb olunan müyəssərliklərdir. Hansı ki bir çox dövlət və qeyri dövlət təşkilatları tərəfindən tələb olunan bu müyəssərliklərə əməl olunmur".

Vüsalə Balayeva. Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin