İki həftə əvvəl Zaqatalanın Yuxarı Tala kəndində pomidor turşusundan zəhərlənən qohumlar - dayı və bacı oğlu xəstəxanaya yerləşdirilmiş, müalicələri davam etdirilirdi. Ötən gün axşam onlardan biri, Murad Ramazanov vəfat edib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna mərhumun qohumları məlumat verib.
Qeyd olunub ki, pomidor turşusundan zəhərlənən və Respublika Toksikologiya Mərkəzində müalicə alan 61 yaşlı Murad Ramazanov həkimlərin səyinə baxmayaraq, ötən gün vəfat edib.
Bildirilib ki, pomidor turşusundan zəhərlənən 25 yaşlı Nurəddin Ramazanov əvvəlcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daha sonra onun da vəziyyəti ağırlaşdığından həkimlərin məsləhəti ilə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Hazırda onun müalicəsi həmin Mərkəzdə davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:55 / 26.04.2024
Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri ÖLDÜ
Hazırda oxunan: Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri ÖLDÜ
Hazırda oxunan: Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri ÖLDÜ
189042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.