Göyçayda inzibati xətalara yol verən 88 nəfər CƏZALANDIRILIB

Hazırda oxunan: Göyçayda inzibati xətalara yol verən 88 nəfər CƏZALANDIRILIB

188988

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, cari il ərzində görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 97, qanunsuz küçə ticarəti ilə məşğul olan 17, məişət tullantılarını urnalardan kənara atan 19, qanunsuz ağac kəsən 2 və yerin təkinindən istifadə qaydaları pozan 1 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Həmçinin, ətraf mühiti çirkləndirən, baytarlıq haqqında qanunvericiliyin tələblərinə riayət etməyən və digər inzibati xətalara yol verən ümumilikdə 88 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin