Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"

Hazırda oxunan: Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"

188927

“Dost, qardaş Azərbaycan 30 ildən sonra Vətən müharibəsi ilə Qarabağı işğaldan azad etdi. Azərbaycanı bir daha ürəkdən təbrik edir, bu tarixi zəfərdən böyük sevinc duyduğumuzu ifadə etmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oktay Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasında bildirib.

“Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılan 4 kəndin də Azərbaycana qaytarılması ilə bağlı əldə olunan ilkin razılaşmanı məmnuniyyətlə qarşılayır, azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Zəngəzur dəhlizinin ən qısa zamanda açılması da son dərəcə əhəmiyyətlidir. Dəhlizin açılması Türkiyəni ata yurdumuz olan Orta Asiyaya bağlayacaq və türk coğrafiyasının bütövlüyünü təsis edəcək. Bu müddətin uğurla tamamlanması üçün Türkiyə olaraq Azərbaycana dəstəyimizi davam etdiririk. Bu dəhlizin açılması Ermənistanın, İranın, Gürcüstanın da içərisində olduğu bölgəyə sülh gətirəcək, eyni zamanda bölgədə iqtisadi yüksəlişə səbəb olacaq” , - F.Oktay vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan, Qırğızıstan nümayəndə heyətləri iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin