Şəkər tozu MÜƏMMASI – “Ağ zəhər”dən uzaqlaşmaq çağırışları NİYƏ ARTIB?

Hazırda oxunan: Şəkər tozu MÜƏMMASI – “Ağ zəhər”dən uzaqlaşmaq çağırışları NİYƏ ARTIB?

188730

Son zamanlarda mütəxəssislərin böyük əksəriyyəti rasiondan tam olaraq rafinə edilmiş, yəni hazırda satılan ağ qənd və şəkərin tam çıxarılmasını tövsiyə edir. Hətta hazırda şəkər siqaretə bərrabər tutalacaq şəkildə zərərli hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. 

Maraqlıdır ki, əvvəllər bəs mütəxəssislər tərəfindən bu çağırış niyə olunmurdu? Niyə məhz son zamanlarda şəkərin rasiondan çıxarılması ilə bağlı çağırışlar edilir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, şəkər üç ağ zəhərdən biri hesab olunur:

“Şəkər ucuz başa gəlsin deyə qatqılarla ağardılır, bərkliyinin saxlanılması üçün kimyəvi maddələr vurulur və s. Buna görə də zərərli qidalar siyahısındadır. Biz şəkər dedikdə, yalnızca qəndi nəzərdə tutmamalıyıq. Tərkibində şəkər olan bir çox qidalar var ki, həddindən çox qəbul olunduqda, insan orqanizmində fəsadlar yaradır. 

Qazlı, rəngli, soyuq içkilərin, çayların, kofelərin, kokteyllərin, enerji içkiləri və s. tərkibində də süni şəkər var. Ümumilikdə isə paketlənmiş bir çox qidaların, şirniyyatların, dondurmaların, şokoladların, hazır souslarının içində rafinə edilmiş şəkər olur”. 

Məhsəti Hüseynovanın sözlərinə görə, yaxşı olar ki, kişilər gündəlik 30-35 qram, qadınlar isə 20-25 qram şəkər qəbuletmə normalarına diqqət etsinlər:

“Bu normanı keçdikdə qanda şəkər balansı pozulur, diabet, ürək-damar xəstəlikləri yaranmağa başlayır, sümük əriməsi, oynaq problemləri baş verir. AQTA da apardığı monitorinqlər zamanı aşkar etdi ki, ölkədə bir sıra keyfiyyətsiz qənd istehsal edən müəssisələr var”.   

Qida texnoloqu Ağa Salamov isə bildirib ki, süni şəkər dediyimiz aspartam şəkərdən yüz dəfələrlə daha şirindi:

“Bunu əvəzedəcək aqave nektarı, ağcaqayın və xurma şirəsi var. Lakin bunlar Azərbaycanda əlçatan deyil. Amma istənilən halda süni şəkər çox zərərlidir. Çünki rafinə edilmiş şəkər hazır ola bilməsi üçün müəyyən qatqı maddələrinə, fosfor turşusuna ehtiyac duyur. Təbii ki, süni şəkərin orqanizmdə nə qədər fəsad yaratdığını həkimlər bilirlər, amma araşdırmalarım göstərir ki, bu, sümük əriməsinə gətirib çıxarır. Ona görə də süni şəkərə “yox” deyilməsi məqsədəuyğundur”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin