Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

Hazırda oxunan: Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

18870

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib. 

Bizim.Media xəbər verir ki, Fonddan verilən məlumata görə, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Aprel ayının bütün müavinət, təqaüd və kompensasiyaları ödənildi


Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin