Dedi ki, ad günümə gələndə bananlı tort bişirib gətirərsən - Şəhidimizin anası

Hazırda oxunan: Dedi ki, ad günümə gələndə bananlı tort bişirib gətirərsən - Şəhidimizin anası

188593
Bu gün Şəhid əsgərimiz Elmar İlham oğlu Məmmədovun doğum günüdür.xa0

Elmar Məmmədov 1996-cı il avqustun 18-də Göyçay rayonunda anadan olub. Ailəsi ilə Bakıya köçən Elmar Qaraçuxur qəsəbəsindəki 146 saylı orta məktəbdə və Sabunçu rayonundakı 67 saylı orta məktəbdə təsil alıb. Sonra Elmar Razin qəsəbəsində yerləşən 1 saylı liseydə neft operatoru üzrə təhsil alıb. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Elmar Məmmədov 2016-cı ilin may ayının 1-də aldığı güllə yarasından qəhrəmancasına Şəhid olub.xa0
Moderator.az-a açıqlama verən Şəhidimizin valideynləri Elmarsız çox çətin günlər yaşadığını bildiriblər. Anası Minarə xanım Elmar haqda bunları deyib:
“Bu gün Elmarın 21 yaşı tamam olur. O, Həmişə doğum gününə bir həftə öncədən hazırlaşırdı. Deyirdi ki: “ana, bir həftə sonra bu oğlanın doğum günüdür. Nə bişirəcəksən?”x9d. xa0Axırıncı dəfə yanında olanda dedi ki: “mənə bananlı tort bişirib gətirərsən, amma elə böyük bişirərsən ki, hamıya çatsın”x9d. Amma, qismət olmadı. (Ağlayır). Bu gün saat 17:00-da qəbr ziyarətinə gedəcəyik. Allah sizlərdən razı olsun ki, bizləri yada salırsınız. Sosial şəbəkədə fəallar Elmarın şəklini paylaşır, onun ruhuna dualar oxuyurlar. Allah hamınızdan razı olsun”x9d. xa0
Biz Moderator.az kollektivi olaraq Şəhidlərimizi və onların ailələrini həmişə diqqətdə saxlayırıq. Şəhidimiz haqda əməkdaşımızın hazırladığı geniş reprotajını da bu linkə daxil olmaqla oxuya bilərsiniz: moderator.az/news/160327.html
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin