Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Bizim.Media “azxeber.com”a istinadən xəbər verir ki, müğənni vəziyyətinin hələlik yaxşı olmadığını deyib:
“Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Məni çox yormayın, xahiş edirəm, hazırda ev şəraitində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah, yaxşı olar”.
Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:
“Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi. Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrofonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.
Qeyd edək ki, əməkdar artist B.Əşrəfov 10 gündən artıqdır ki, koronavirusa yoluxub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 23.04.2021
Baloğlan Əşrəfov koronavirusa tutulduğuna görə telekanala qarğış etdi
Hazırda oxunan: Baloğlan Əşrəfov koronavirusa tutulduğuna görə telekanala qarğış etdi
Hazırda oxunan: Baloğlan Əşrəfov koronavirusa tutulduğuna görə telekanala qarğış etdi
18859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.