Qızılcaya qarşı növbəti peyvəndlənməyə BAŞLANILDI – Vaksinasiya hansı bölgələri ƏHATƏ edəcək?

Hazırda oxunan: Qızılcaya qarşı növbəti peyvəndlənməyə BAŞLANILDI – Vaksinasiya hansı bölgələri ƏHATƏ edəcək?

188521

Son dövrlərdə uşaqların müəyyən xəstəliklərə qarşı peyvənd olunmaması hallarına rast gəlinir. Peyvəndləşmənin vacib olduğu halda valideynlərin bundan yayınması sonradan bir çox fəsadlara yol açıb. Ötən ilin payızından etibarən ölkədə qızılcaya yoluxaraq vəziyyəti ağırlaşan və ya ölümü qeydə alınan uşaqların çoxu da vaxtında peyvənd olunmayanlar idi. Müvafiq qurumlar qızılca xəstəliyinin artdığı dönəmdə əhali arasında peyvəndləşmə aparılmasına başlayıblar.

Səhiyyə Nazirliyi bu həftə vaksinasiya ilə bağlı əmr imzalayıb. Yəni 21-27 aprel tarixlərində “İmmunlaşdırma həftəsi” keçirilir. Əmrə əsasən, bu müddətdə respublikanın bütün şəhər və rayonlarında uşaqların peyvəndə cəlb olunması təmin olunacaq. Həmçinin, peyvəndlərlə əhatə səviyyəsi aşağı olan regionlarda monitorinqlər keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI 


Bəs vaksinasiyanın az aparıldığı bölgələr hansılardır? Bu həftə ərzində əsasən hansı xəstəliklərə qarşı peyvəndlər vurulacaq?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlar peyvənd təqviminə uyğun vaksinasiya olunacaqlar:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin imzaladığı əmrə əsasən, 2024-cü il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir. Bu həftə çərçivəsində hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi təmin edilir. Immunizasiya peyvənd təqviminə uyğun olaraq aparılır”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin